İran mətbuatı: “Fəxrizadə kosmosdan idarə edilən silahla öldürülüb"


İranda qətlə yetirilən nüvə alimi Möhsün Fəxrizadə cinayəti ilə bağlı yeni iddialar ortaya atılıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, İranın “Əl Aləm” media orqanı Fəxrizadə cinayəti ilə bağlı yeni iddia ortaya atıb. Verilən məlumatlara görə, nüvə alimi İsrail tərəfindən kosmosdan idarə edilən silahlarla vurularaq öldürülüb.
Qeyd edək ki, 27 noyabrda Möhsün Fəxrizadə avtomobillə hərəkət edərkən sui-qəsdə məruz qalıb. Açılan atəş nəticəsində ağır yaralanan alim xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top