Daha bir SEPAH komandiri öldürüldü


İran İnqilab Keşikçiləri Qüvvələrinin  komandirlərindən Müslüm Şahdan qətlə yetirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Müslüm Şahdan pilotsuz təyyarə vasitəsilə vurularaq qətlə yetirilib. Verilən məlumatlara görə, onunla birgə daha 3 nəfər öldürülüb.
“Əl Arabiya” televiziyasının İraqın kəşfiyyat mənbələrinə istinadən verdiyi məlumata görə, Şahdan Suriyanın Əl-Qaim sərhəd qapısından keçdikdən sonra avtomobilində hərəkət edərkən vurulub.
 Qeyd edək ki, yanvar ayında SEPAH-ın generallarından biri Qasım Süleymani və onunla birlikdə bir neçə komandir dronla qətlə yetirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top