ABŞ və Avstraliya arasında hərbi sahədə yeni razılaşma əldə olunub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Müdafiə naziri Linda Reynlods məlumat yayıb. Bildirilib ki, ABŞ və Avstraliya kənar təhdidlərə və təcavüzlərə qarşı hərbi sahədə birgə əməkdaşlıq edəcək. İki ölkə arasında əldə edilən razılığa əsasən, birgə hipersəs raketləri istehsal oluncacaq. Bu planım həyata keçiriləcəyi tarix və digər detallar barədə isə məlumat verilməyib.