Bu ünvanda yerləşən 6-cı şirkət də ləğv olunur - TƏFƏRRÜAT


Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 10, mənzil 39 ünvanında yerləşən “Laser Gulf İndustrıal Servıces” MMC şirkət ləğv olunduğunu elan edib.
Yeniavaz.com
 “Vergilər” qəzetinə istinadən xəbər verir ki, “Laser Gulf İndustrıal Servıces” MMC (VÖEN: 1702187751) 22.06.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Colın Mackenzıe Mackay olub.
Qeyd edək ki, “Laser Gulf İndustrıal Servıces” MMC ötən bir həftə ərzində Bünyad Sərdarov küçəsi, ev 10, mənzil 39 ünvanında yerləşən sayca 6-cı şirkətdir ki, ləğv olunur.
Bugünə kimi, hüquqi ünvanları Bünyad Sərdarov küçəsi, ev 10, mənzil 39-da yerləşən  "Laser Gulf ALQ", "Laser Gulf Engineering AZ","Laser Gulf Fabrication AZ" MMC, "Khazar Fabrcication" və "Khazar Energy" ləğv olunduqlarını açıqlayıblar.
2017-19-cu illər ərzində dövlət qeydiyyatına alınan şirkətlərdən 3-nün qanuni təmsilçisi David Kavanagh, 2-sinin qanuni təmsilçisi isə Colin Mackenzie Mackay olub.
Şirkətlərin nizamnamə kapitalları isə 10 manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top