Avstriyanın Müdafiə naziri COVID-19-a yoluxdu


Avstriya Müdafiə naziri Klaudiya Tannerin koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, açıqlama, Tannerin sözçüsü tərəfindən verilib. Onun sözlərinə görə nazir 19 noyabrdan etibarən evdə karantindədir. Sözçü həmçinin bildirib ki, bundan əvvəl Tannerin keçdiyi testlərin hamısı neqativ çıxıb. Hazırda vəziyyəti yaxşı olan və heç bir simptom göstərməyən Klaudiya Tanner öz işini evdən davam etdirir.
Avstriya Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkə daxilində 4047 yeni yoluxma halı aşkarlanıb. Ümumilikdə koronavirus xəstələrinin sayı 279 min 708 nəfərə çatıb. Son 1 gün ərzində COVID-19 səbəbiylə 87 nəfər ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3105 nəfərə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top