Dünyada 43 milyondan çox insan koronavirusdan sağalıb


Yeni növ koronavirus pandemiyası dünyada yayılmağa davam edir.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, bugünə qədər dünyada 43 milyon 546 min 388 nəfər koronavirusdan müalicə alaraq sağalıb. Yoluxanların sayı isə 63 milyon 73 min 287-yə çatıb. İndiyə qədər 1 milyon 465 min 186 nəfər isə COVİD-19 səbəbilə dünyasını dəyişib. 
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma hallarına görə, ilk sırada ABŞ dayanır. Həmin ölkədə 13 milyon 750 min 404 nəfər COVİD-19-a yoluxub, 273 min 72 nəfər isə ölüb.

DİGƏR XƏBƏRLƏR

Top