FHN: Bakıda baş verən yanğın söndürülüb - YENİLƏNİB


Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın 3-cü mərtəbəsində (yeni tikilən kommersiya təyinatlı obyekt) yanğın baş verib. İlkin məlumata görə, yanğın təqribən 150 m² sahədə olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib. Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı, əlavə məlumat veriləcək.

***     16:37

Bakıda yeni tikilən obyekt yanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilir ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən yeni tikinti obyektində yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


 

 

DİGƏR XƏBƏRLƏR

Top