Qurban Qurbanovun səhhətində problem yaranıb


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun "Səbail"lə səfər oyununda texniki zonada yer almayıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bu barədə klubdan bildiriblər. Verilən məlumata görə, 48 yaşlı mütəxəssisin səhhətində problem yaranıb. Amma bunun koronavirusla bağlı olmadığı bildirilib. Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər.
Qeyd edək ki, "Qarabağ"ı "Səbail"lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top