Azərbaycanda 28 yaşlı şəxs intihar edib


Hacıqabulda 28 yaşlı kişi özünü asaraq intihar edib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Hacıqabul sakini, 1992-ci il təvəllüdlü  Bayramzadə Nemət Şöhrət oğlu özünü nənəsinin yaşadığı fərdi yaşayış evinin həyətindəki çardaqdan asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.
N.Bayramzadənin 3 yaşında qızı var.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top