Biləsuvarda ağır yol qəzası - Ölən və yaralananlar var


Biləsuvar rayonunda Cəlilabadın Üçtəpə kəndi sakini Qafarov Nail Nəzər oğlu idarə etdiyi BMW markalı minik avtomobilini aşırması nəticəsində həmkəndlisi Qafarzadə İbrahim Nəzər oğlu dünyasını dəyişib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, qəza zamanı N.Qafarzadənin digər həmkəndlisi Abbasov Ələkbər Tahir oğlu və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top