Ukrayna Türkiyədən “Bayraktar” alacaq


Ukrayna 2021-ci ildə Türkiyədən 5 pilotsuz uçuş aparatı alacağını açıqlayıb.
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, məlumat Ukrayna Silahlı Qüvvələrinin başçısı Ruslan Homçak tərəfindən verilib.
2019-cu ildə Ukrayna ilə Türkiyə arasında imzalanan 69 milyonluq müqaviləyə əsasən, Ukrayna ordusu 6 TB2  “Bayraktar” və Roketsan istehsalı 200 MAM-L tipli raket alıb. Bundan əlavə, Ukrayna ordusuna 2 ədəd pilotsuz uçuş aparatına nəzarət mərkəzi təqdim olunub.
Qeyd edək ki, yay aylarında Türkiyənin Ukraynadakı səfiri Əhməd Güldərən verdiyi açıqlamada, iki ölkənin birgə Ukraynada PUA istehsal etmək istəklərini açıqlayıb. Oktyabr ayında isə Ukrayna prezidenti Vladimir Zelenski, Türkiyə ilə hərbi və ağır sənaye sahələrinə dair bir neçə müqavilə imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top