Maradonanın nəşi ilə şəkil çəkdirən şəxs ölkədə qalmaqala səbəb oldu – FOTOLAR


Məşhur futbolçu Diyeqo Maradonanın dəfn mərasimində qalmaqallı hadisə yaşanıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Maradonanın dəfn işləri ilə məşğul olan şirkətin bir işçisi, futbolçunun nəşi ilə şəkil çəkdirərək sosial şəbəkələrdə yayıb. Maradonanın yaxınları və digər şəxslər tərəfindən sərt tənqid edilən həmin şəxs qısa müddətdə işdən çıxarılıb. 
Qeyd edək ki, bir müddət əvvəl də Maradonanın əməliyyat olunarkən həkimi tərəfindən paylaşılan fotosu qalmaqala səbəb olmuşdu. Həkim təcili şəkildə fotonu sosial şəbəkələrdən silmişdi.

DİGƏR XƏBƏRLƏR

Top