Paşinyan ordu ilə bağlı qalmaqallı açıqlama verən şəxsi nazir təyin etdi – VİDEO


Ermənistanın yeni İqtisadiyyat naziri Vahan Kerobyanın bir neçə gün əvvəl çəkdiyi video gündəm olub. 
Yeniavaz.com
xəbər verir ki, erməni biznesmen və könüllü döyüşçü Vaqan Kerobyan nazir təyin olunmazdan əvvəl məğlubiyyətləri barədə xarici mətbuata müsahibə verib. “Əl Cəzirə” telekanalına danışan erməni biznesmen Vaqan Kerobyan onları orduda necə aldatdıqları barədə məlumat vermişdi: 
“Bizə, ordumuzun çox güclü, çox böyük olması və situasiyalar barədə çoxlu nağıllar danışırdılar. Biz hər şey edə bilərik deyirdilər. Ancaq, real vəziyyət barədə həqiqi məlumatlar verilmirdi. Biz indi layiq olduğumuz halla üzləşmişik”.
Qeyd edək ki, Vahan Kerobyanın nazir təyin edilməzdən əvvəl çəkildiyi həmin görüntüləri Ermənistanda mübahisələrə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top