Dünyada COVID-19-a yoluxanların sayı 61 milyonu keçdi - STATİSTİKA


Dünyada koronavirusa yoluxan şəxslərin sayı 61 milyon 331 min 706 nəfəri ötüb.
Yeniavaz.com
"Worldometers"ə istinadən xəbər verir ki, hazırda 1 milyon 438 min 96 nəfər COVID-19-dan dünyasını dəyişib. 42 milyon 411 min 308 nəfər isə sağalıb.
ABŞ koronavirus tablosunda liderliyini davam etdirir. Belə ki, ölkə ərazisində bu vaxta qədər 13 milyon 248 min 992 nəfərdə COVID-19 aşkarlanıb. 269 min 560 nəfər ölüb.
ABŞ-dan sonra yoluxma halının çox olduğu ölkələr sırasında Hindistan (9 milyon 309 min 871), Braziliya (6 milyon 204 min 570), Rusiya (2 milyon 187 min 990), Fransa (2 milyon 183 min 660), İspaniya (1 milyon 637 min 844), İngiltərə (1 milyon) 574 min 562), İtaliya (1 milyon 509 min 875), Argentina (1 milyon 399 min 431) və digərləri bir-birini izləyir.
ABŞ-dan sonra ölüm halının ən çox qeydə alındığı ölkələr Braziliya (171 min 497), Hindistan (135 min 752), Meksika (104 min 242), İngiltərə (57 min 31), İtaliya (52 min 850), Fransa (50 min 957), İran (46 min 689), İspaniya (44 min 374), Rusiya (38 min 62), Argentina (37 min 941) olub.
Türkiyə sıralamada 20-ci yeri tutur. Türkiyədə bu günə kimi koronavirusdan dünyasını dəyişənlərin sayı 503 min 738, ölənlərin sayı 13 min 14, sağalanların sayı isə 388 min 771 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top