Nazirlik 2,5 milyon manata minik avtomobilləri alır - TƏFƏRRÜAT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Azərmaş Group” MMC olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 206 ədəd minik avtomobilinin alınması üçün “Azərmaş Group” MMC-yə 2 milyon 512 min 170 manat 6 qəpik ödəyəcək.
Rəqəmlərdən də göründüyü kimi alınacaq bir ədəd minik avtomobilinin qiyməti orta hesabla 12,2 min manat təşkil edəcək.
Məlumat üçün bildirək ki, “Azərmaş Group” MMC 24.01.2019-cu il tarixində dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rəhimov, ev 195, m. 8-də yerləşən MMC-nin qanuni təmsilçisi Adıgözəlov Rövşən Rəfail oğludur.
Qeyd edək ki, cəmi 10 manat nizamnamə kapitalı olan “Azərmaş Group” MMC qeydiyyatdan keçdikdən qısa müddət sonra dövlət qurumlarına müxtəlif təyinatlı avtomobillər satmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top