“Qarabağ”ın futbolçusu: “Biz daha gözəl qollar vurduq, amma uduzduq”


“Oyunun böyük hissəsinə nəzarət etdik”.

Bunu “Qarabağ”ın futbolçusu Uroş Matiç Avropa Liqasının qrup mərhələsində Türkiyənin “Sivasspor” klubu ilə keçirilən oyun barədə danışarkən deyib.

Azərbaycan çempionunun 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmada təmsilçimizin qollarından birinə məhz serbiyalı yarımmüdafiəçi imza atıb. O, rəqibin əks-hücumlarının təhlükəli alındığını bildirib: “Sivasspor”un əks-hücum həmlələri təhlükəli oldu. Biz daha gözəl qollar vurduq, amma uduzduq. Halbuki matçın böyük hissəsində üstün tərəf idik. Bundan dərs alacağıq”.

Uroş qardaşı Nemanya Matiçin “Mançester Yunayted”in heyətində “Başakşəhər”ə rəqib olması ilə bağlı sualı da cavablandırıb: “İlk oyunda “Başakşəhər yaxşı idi. “Mançester Yunayted”i hər gün məğlub edə bilməzsən. Komandaların ikinci duelində səviyyə fərqi ortaya çıxdı. Bu, nəticədə də öz əksini tapdı. Qardaşım 10 ildir Premyer Liqada çıxış edir, dünyanın ən yaxşı orta sahə oyunçularından biridir”.

ApaSport

DİGƏR XƏBƏRLƏR

Top