Gürcüstanda karantin yenidən sərtləşdirilir


Gürcüstanda koronavirus pandemiyasına görə karantin qaydaları sərtləşdirilir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Gürcüstan hökuməti bunula bağlı qanun layihəsini təsdiqləyib.
Gürcüstanda yeni  məhdudiyyətlər 28 noyabrdan etibarən qüvvəyə minəcək. Yeni qaydalara əsasən, böyük şəhərlərdə saat 21: 00-dan 05: 00-a qədər vətəndaşların hərəkətinə qadağa qoyulur.  Bu qayda yeni il günü və 6 yanvar tarixlərinbdə tətbiq olunmayacaq. Restoranlar və kafelər çatdırılma rejimində işləyəcəklər.
Qeyd edək ki, Gürcüstanda son sutkada 3 min 801 nəfər koronavirusa yoluxub, 39 nəfər isə həmin xəstəlikdən ölüb. Nəticədə, ümumi yoluxanların sayı 118 min 690-a, ölənlərin sayı isə 1124-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top