
Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 10, mənzil 39 ünvanında yerləşən 5 şirkət ləğv olunduğunu elan edib.
Yeniavaz.com “Vergilər” qəzetinə istinadən xəbər verir ki, eyni ünvanda dövlət qeydiyyatına alınan "Laser Gulf ALQ", "Laser Gulf Engineering AZ","Laser Gulf Fabrication AZ" MMC, "Khazar Fabrcication" və "Khazar Energy" ləğv olunduqlarını açıqlayıblar.
2017-19-cu illər ərzində dövlət qeydiyyatına alınan şirkətlərdən 3-nün qanuni təmsilçisi David Kavanagh, 2-nin qanuni təmsilçisi isə Colin Mackenzie Mackay olub.
Şirkətlərin nizamnamə kapitalları isə 10 manat təşkil edib.