Tanınmış erməni vəkil: Minlərlə oğlanın cəsədi yoxdur - FOTOFAKT


“Öldürülən minlərlə oğlanın cəsədi yoxdur”.

Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın tanınmış ictimai xatimlərindən biri, vəkil Yervand Varosyan “Facebook” səhifəsində yazıb.
Tanınmış erməni vəkil qeyd edib ki, erməni kəndlərinin sakinləri Azərbaycan Ordusu ilə təkbaşına danışıqlar aparır: “Köçməzdən əvvəl nəyi geri götürəcəklərini müzakirə edirlər. Minlərlə ölü oğlanın cəsədi yoxdur. Ermənistanın yarısı mühacirətə gedir. Bu müddət ərzində iqtidar sahibləri nə edir? Qaqik Tsarukyan deputat mandatından məhrum edilir, müxaliflərin mənzillərində qanunsuz axtarış aparılır. Bu, ölkəni iki ildə məhv edilməsinin mənzərəsidir”. 
 
 

DİGƏR XƏBƏRLƏR

Top