“Qalatasaray” klubunun rəsmiləri şəhidlərimizin məzarlarını ziyarət edəcəklər


Türkiyənin "Qalatasaray" klubunun oyunlarının birində İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov və Murad Məmmədov yad ediləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə idman jurnalisti Gündüz Abbaszadə “facebook” hesabında yazıb. O bildirib ki, İstanbul təmsilçisinin prezidentinin köməkçisi Yusuf Günayla danışıb.
G.Abbaszadə klub rəsmisinin şəhid ailələrinin əlaqə nömrəsini istədiyini və növbəti oyunda, oyunçuların üzərində Fərid yazılı formaların olacağını bildirib.  
Bununla yanaşı jurnalist Pərviz Sultansoy da “facebook” hesabında paylaşım edərək, “Qalatasaray” klubunun rəsmilərinin şəhidlərin məzarlarını ziyarət edəcəklərini bildirib: “ “Qalatasaray” klubu şəhidin səs yazısını oyunların birində səsləndirəcək. Hər 2 şəhidin adına formalar hazılanacaq, ailələri “Qalatasaray” maçına dəvət olunacaq və klub onlara dəstək olacaq. Bu kimi digər addımlar da atılacaq”.
Qeyd edək ki, Fərid Dursunov və Murad Məmmədov "Qalatasaray" azarkeşi olub. F.Dursunov vəfat etməzdən əvvəl "şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə yanaşı, Qalatasarayımın bayrağını da asarsınız” ifadəsini işlədib.

DİGƏR XƏBƏRLƏR

Top