Ermənistan ölən hərbçilərinin sığorta pulunu verə bilmir - FAKT


Ermənistanın “Hərbi Sığorta Fondu"nda həlak olan hərbçlərə vermək üçün pul yoxdur.
Yeniavaz.com xəbər verir ki, bunu “Hərbi Sığorta Fondu"nun Himayəçilər Şurasının üzvü Mesrop Manukyan “Facebook” sosial şəbəkəsindəki hesabında yazıb.
Mesrop Manukyan bildirib ki, “Hərbi Sığorta Fondu"na vaxtında lazımi diqqət göstərilməyib. Manukyan yazıb ki, Fondan vəsait alacaq şəxlərin sayı bir anda təxminən 8 000 nəfər artıb. O bu rəqəmə həlak olanlar, 1-ci və 2-ci dərəcəli əlil olan hərbçilərin daxil olduğunu qeyd edib.
Fondun rəsmisi daha sonra qeyd edib ki, hazırda Fondda 32 milyard dram (62 milyon dollar) vəsait var, lakin birdəfəlik təzminat üçün 70 milyard dram (137 milyon dollar) vəsait lazımdır.

 

DİGƏR XƏBƏRLƏR

Top