Fransada koronavirusdan ölənlərin sayı durmadan artır


Fransada son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 501 nəfər olub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə Nazirliyindən xəbər verilib. Nazirlikdən verilən məlumatda göstərilib ki, son 1 sutkada 4452 yeni yoluxma halı qeydə alınıb. Bununla da Fransada ümumilikdə yoluxma halı 2 milyon 144 min 660-a çatıb.
Ölkə üzrə COVID-19-dan ölənlərin sayı son 24 saatdakı artım nəzərə alınaraq 49 min 232 nəfər olduğu bildirilib. Bütün ölkə üzrə xəstəxanalarda 12 min 898 nəfər müalicə alır ki, onlardan da 946-sı reanimasiyada yatır.

DİGƏR XƏBƏRLƏR

Top