Almaniya-Türkiyə arasında gərginlik – Silahlı hərbçilər gəmiyə helikopterlə endi – ANBAAN VİDEO


Türkiyədən Liviyaya qida və bənzəri maddələr aparan gəmi Almaniya tərəfindən saxlanılaraq Şərqi Aralıq Dənizində axtarış aparılıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bu axtarışın beynəlxalq qanunlara zidd olduğu açıqlayıb:
“Bizim gəmiyə qarşı edilən bu hərəkət qəbuledilməzdir. Axtarış vaxtı gəmi heyətinə cinayətkarlar kimi davranılıb. İcazəsiz və güc tətbiq edilən bu addıma etirazımızı bildiririk”.
Qeyd edək ki, qanunlara əsasən gəmidə axtarış edilməsi üçün dövlətdən xüsusi icazə alınmalıdır. Ancaq, Almaniyaya aid gəmi icazə almadan helikopter vasitəsilə Türkiyə gəmisinə eniş edərək axtarışa başlayıblar.
Həmin anlar gəmi heyəti tərəfindən anbaan qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top