"Demək olar ki, bütün COVID-19 peyvəndlərinin faydalı olacağına inanıram".
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, koronavirus peyvəndləri haqqındakı bu açıqlamanı “Microsoft” şirkətinin qurucusu Bill Qeyts verib.
O, hazırda koronavirus əleyhinə istehsal olunmuş peyvəndlərdən ən təsirlilərinin “Pfizer/BioNTech” və “Moderna” şirkətlərinin təqdim etdiyi peyvəndlər olduğunu diqqətə çatdırıb.
Bundan əlavə o, digər peyvəndlərin də buna bənzər uğur qazanacağını gözlədiyini bildirib.