Hər iki gözündən, ayağından və qolundan yaralanan qazi: “Sağ qalacağıma inanmırdım” - FOTOLAR


Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşanlardan biri də Göygöl rayon sakini İlkin Şəbəndəyevdir.
Yeniavaz.com
-a danışan 24 yaşlı İlkin yaralandığı anları belə xatırlayır:
“Füzuli istiqamətində şiddətli döyüşlər gedirdi. 25-dən 26-a keçən gecə onlar minaatandan atdılar. Həmin vaxtı mən və döyüş yoldaşlarım yaralandı. Yadımda qaldığı qədəri ilə, ətrafımda olan yoldaşlarımdan biri şəhid oldu, üçü isə yaralandı. Mən, hər iki gözümdən, ayağımdan və qolumdan xəsarət aldım . Hal-hazırda gözümün biri yaxşıdır, ayağımın biri isə ilizarov aparatındadır. Qolumda da qəlpə yaraları var. Döyüşlərdə sağ qalacağıma inanmırdım. Məni tağım komandiri yaralı vəziyyətdə qaldığım  yerdən çıxartdı, döyüş yoldaşlarım da xərəkdə xəstəxanaya çatdırdılar”. 
Qeyd edək ki, İ.Şəbəndəyev eyni zamanda aprel döyüşləri iştirakçısı da olub.

DİGƏR XƏBƏRLƏR

Top