Fransanın eks-prezidenti hakim qarşısına çıxır


2007-2012-ci illərdə Fransanın prezidenti olmuş Nikolas Sarkozinin bu gün hakim qarşısına çıxacağı bildirilir.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, rüşvət almaq iddiası ilə hakim qarşısına çıxacaq Sarkozinin tez-tez qanunsuz bir iş görmədiyi fikrini müdafiə etdiyi vurğulanır.
İddiaya görə, Sarkozinin mühakimə olmasına səbəb 2007-ci ildə prezident seçkiləri kampaniyası vaxtı onun məşhur kosmetika şirkətinin varisi Lilian Bettenkortdan qanunsuz ödəmə qəbul etməsi olub.  
Telefon dinləmələri zamanı məlum olub ki, Sarkozi və vəkili saxta adlarla qeydiyyatdan keçmiş mobil telefonlardan istifadə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top