Nərimanov icra başçısının müavini işdən çıxarıldı - YENİ TƏYİNAT


Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə yeni təyinat olub.
Yeniavaz.com report-a xəbər verir ki, onunla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, İradə Mahmudova icra başçısının I müavini təyin edilib.
İ.Mahmudova bu təyinata qədər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, bundan əvvəl icra başçısının I müavini vəzifəsini Şahmar İbadov tuturdu.


14:09***
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahmar İbadov vəzifəsindən azad edilib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, onunla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Ş.İbadov işdən çıxarılıb.
Nərimanov Rayon İcra Hakimiyyətindən məlumat təsdiqlənib.
Xatırladaq ki, Ş.İbadovun adı bir sıra qalmaqallarda və qanunsuz əməllərdə hallanırdı.

DİGƏR XƏBƏRLƏR

Top