"Sosial mənzillərin inşası özəl inşaatla rəqabət demək olmayacaq"

Azərbaycanda sosial mənzillərin inşa edilməsi sahəsində həyata keçirilən tədbirlər əhalinin az təminatlı hissəsinin mənzilə olan ehtiyacının ödənilməsi istiqamətində atılan ən mühüm addımlardan biri olacaq. Bəs sosial mənzillərin inşası özəl inşaat sektorunun fəaliyyətinə hər hansı şəkildə mane ola və ya ən azından onunla rəqabətə girə biləcəkmi? Bununla əlaqədar "Yeniavaz.com"a açıqlama verən tanınmış ekspert Nüsrət İbrahimov deyib ki, sosial mənzillərin inşası mənzil tikintisi sahəsində müəyyən canlanma yaradacaq. Nüsrət İbrahimov: "Sosial mənzillərin inşası Azərbaycan Respublikası Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək. Bu məqsədlə də Yasamal rayonundakı Xarici dairəvi Avtomobil yolunun yaxınlığında 11,6 hektar sahə ayrılıb. Burada sahəsi təxminən 100 min kvadratmetr olacaq 29-30 binanın inşası nəzərdə tutulub. Artıq orada ilk binanın təməli qoyulub. Təbii ki, bu binaların tikintisi tender yolu ilə həyata keçiriləcək. Binaların inşası eyni zamanda yeni iş yerlərinin açılması demək olacaq. Ancaq konkret olaraq sosial mənzillərin inşasının özəl tikinti şirkətləri ilə rəqabətə girəcəyini düşünmrəm. Bir sözlə sosial mənzillərin inşası özəl inşaatla rəqabət demək olmayacaq. Ona görə ki, sosial mənzillər sadə olacaq və daha ucuz başa gələcək. Yəni bu mənzillər əhalinin daha çox imkansız, kasıb təbəqəsi üçün nəzərdə tutulub. Lakin özəl inşaat şirkətlərinn inşa etdirdiyi binalar daha dəbdəbəli olub, əsasən orta təbəqə və imkanlı adamlar üçündür. Onsuz da imkanı az olan vətəndaşlar elit mənzilləri ala bilmirlər. Digər tərəfdən də də qeyd etdiyim kimi ilkin mərhələdə 100 min kvadrat metr sosial mənzil təhvil veriləcək. Bu isə ümumi mənzil tkintisinin cəmisi 5 faizini təşkil edir. Yəni burada hansısa rəqabətdən söhbət belə gedə bilməz. Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, bütün hallarda sosial mənzillərin inşası əhalinin az təminatlı hissəsinin mənzilə olan ehtiyacının ödənlməsinə öz töhfəsini verəcək",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top