Ermənistanın sabiq baş naziri: "Prezident Armen Sarkisyan MI-6-nın agentidir" - FOTO


"Ermənistan prezidenti Armen Sarkisyan İngiltərənin xarici kəşfiyyat idarəsi – MI-6-nın agentidir".
Yeniavaz.com
Ermənistanın aparıcı nəşrlərindən olan “İravunk” qəzetinə istinadən xəbər verir ki, belə bir iddianı 1993-1996-cı illərdə ölkənin baş naziri olan Hrant Baqratyan səsləndirib.
Məlumat üçün bildrək ki, 9 aprel 2018-ci il tarixindən Ermənistanın prezidenti olan Armen Sarkisyan 1996-1997-ci illərdə ölkənin baş naziri olub.
Qeyd edək ki, Armen Sarkisyan 1953-cü il iyunun 23-də İrəvanda anadan olub. 1976-cı ildə İrəvan Dövlət Universitetinin fizika fakültəsindən məzun olub.
1984-1985-ci illərdə Armen Sarkisyan Kembriç Universitetində (Böyük Britaniya) müəllim, 1985-ci ildən 1992-ci ilə kimi Universitetin kompleks sistemlərinin kompüter modelləşdirilməsi şöbəsində dərs deyib.
1992-ci ildən diplomatik xidmətə başlayıb. 1992-1993-cü illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri, 1993-1994-cü illərdə Ermənistanın Avropa və Avropa Birliyindəki baş səfiri, 1995-1996-ci illərdə Ermənistanın Belçika Krallığındakı səfiri, Ermənistanın Avropa Katolik İcmasının rəhbəri, Ermənistanın Vatikandakı səfiri, Ermənistanın Lüksemburqdakı səfiri, 1996-1997-cı illərdə Ermənistanın Baş naziri, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyadakı xüsusi və səlahiyyətli səfiri olub.

DİGƏR XƏBƏRLƏR

Top