Rusiya Fövqəladə Hallar Nazirliyinin humanitar yüklü ikinci karvanı Rostovdan Qarabağa gəlir.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, ümumilikdə 35 texnika və 40-a yaxın şəxsi heyət cəlb olunub. Humanitar yüklü avtomobil karvanının təxminən günorta saatlarında Xankəndinə çatacağı bildirilir. Karvan, 345 ton humanitar yardım daşıyır.