Azərbaycan iqtisadiyyatında son vəziyyət AÇIQLANDI​


Bu ilin yanvar-oktyabr aylarında ölkədə 58 milyard 469,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8% az Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,3%, qeyri neft-qaz sektorunda isə 2,3% azalıb.
Məlumat üçün bildirək ki, bu ilin mart ayından sonra iqtisadiyyatın qeyri neft-qaz sektorunda ÜDM-nin azalması aşağıdakı kimi olub:
Yanvar-oktyabr - 2,3%,
Yanvar-sentyabr - 2,4%,
Yanvar-avqust - 1,7%,
Yanvar-iyul - 1,6%,
Yanvar-iyun - 2,5%,
Yanvar-may - 2,1%,
Yanvar-aprel -  0,2%.
Bu ilin ilk 3 ayında isə iqtisadiyyatın qeyri neft-qaz sektorunda ÜDM-nin artımı aşağıdakı kimi olub:
Yanvar-mart - 3,5%,
Yanvar-fevral - 6,7%,
Yanvar - 4,9%.
Onu da bildirək ki, bundan əvvəl isə iqtisadiyyatın qeyri neft-qaz sektorunda sonuncu dəfə 2016-cı ildə azalma qeydə alınıb. 2016-cı ildən sonra qeyri neft-qaz sektorunda ÜDM istehsalı heç vaxt azalmayıb.
Onu da bildirək ki, koronavirus səbəbindən mart ayının 26-dan etibarən ölkə ərazisində  məhdudiyyətlər tətbiq olunur. Bu səbəbdən də aprel ayından sonra bir-sıra sahələrdə müəssisələrin fəaliyyətinə qadağalar qoyulub.

DİGƏR XƏBƏRLƏR

Top