Yeniyetmə oğlan öz ad günündə faciəvi şəkildə öldü


Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə dünyasını dəyişib.
Yeniavaz.com
report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Çayarxı kəndində qeydə alınıb.
Rayon sakini, 2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu həmyaşıdları ilə oynayarkən ehtiyatsızlıq edərək həyətin dəmir darvazasını üstünə aşırıb.
Ağır bədən xəsarətləri alan Fərid Qədirov təcili tibbi yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, dünən Fərid Qədirovun doğum günü idi, onun 15 yaşı tamam olub.

DİGƏR XƏBƏRLƏR

Top