Ermənistan Ədliyyə Nazirliyi - İrəvan morqlarında basdırılmayan 1400 erməni hərbçinin cəsədi var


Bu günə qədər Ermənistan Ədliyyə Nazirliyinin məhkəmə tibbi xidməti aralarında şəxsiyyəti məlum olmayan 2317 hərbçinin meyitlərini araşdırıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin sözçüsü Alina Nikoqosyan məlumat verib.
Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, ölən əsgərlərin cəsədlərinin dəyişdirilməsi prosesi yeni başladığı üçün bu sayın artacağı gözlənilir.
Qeyd olunur ki, hazırda Ədliyyə Nazirliyinin məhkəmə tibbi xidmətinin müayinə etdiyi 1400 cəsəd hələ də basdırılmayıb.
Onu da bildirək ki, Ermənistan Müdafiə nazirliyi 13 noyabr tarixində açıqladığı sonuncu məlumatda 45 gün ərzində 1378 erməni hərbçisinin öldürüldüyün bildirib. Göründüyü kimi Ermənistanın iki nazirliyi tərəfindən bir gün fərqlə açıqlanan məlumatlarda ciddi fərqlər var.
Ermənistan parlamentinin sabiq vitse-spikeri Arpina Hovanisyan isə bu gün "Facebook" sosial şəbəkəsindəki hesabında qara çərçivəyə alınmış 4750 rəqəmini paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top