
"Pilotsuz təyyarələr bu müharibədə ciddi rol oynasa da, əslində Azərbaycanın uğuru ərazini sürətli şəkildə nəzarətə götürən piyada əməliyyatları ilə əlaqəlidir".
Yeniavaz.com xəbər verir ki, bu fikirlər analitik Samuel Bendett tərəfindən “Forbes” jurnalında qeyd olunub. Samuel Bendett məqalənin davamında Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi pilotsuz təyyarələri Ermənistanın hava hücumundan müdafiə və quru qoşunlarını sıradan çıxaran sehrli güllə adlandırır.
Jurnalda Azərbaycanın bu qarşıdurmada istifadə etdiyi müxtəlif tip pilotsuz təyyarələrdən söz açılır. Bunlardan ən ölümcüllərinin Türkiyə istehsalı olan Bayraktar TB-2 pilotsuz təyyarələri olduğu qeyd olunur.