Gürcüstanda parlament seçkilərində səsvermə başa çatdı


Gürcüstanda 10-cu çağırış parlament seçkilərində səsvermə başa çatıb.
Səsvermə prosesi saat 20:00-da yekunlaşıb və seçki məntəqələrinin qapıları sayım üçün bağlanıb.
Seçkilərin ölkə üzrə ümumilikdə 3 657 məntəqədə keçirildiyi bildirilir.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə saat 17:00-də ölkə üzrə seçici aktivliyi 45,77% təşkil edib (1,607,530 nəfər).
 

DİGƏR XƏBƏRLƏR

Top