Rusiya XİN Paşinyanın kömək çağırışına cavab verdi


Xəbər verdiyimiz ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsini əsas göstərərək Rusiyaya məktub ünvanlayaraq Putindən kömək istəmişdi. Rusiyanın Xarici İşlər Nazirliyi Paşinyanın məktubuna rəsmi cavab verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya XİN Paşinyana cavabında 29 avqust 1997-ci il tarixli Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasındakı KTMT-yə sadiq qaldıqlarını təsdiqləyərək bildirib: “Müqaviləyə uyğun olaraq, toqquşmalar birbaşa Ermənistan ərazisində olarsa, Rusiyanın İrəvana bütün lazımi köməklikləri edəcək”.
Rusiya Xarici İşlər Nazirliyi bir daha tərəfləri atəşi dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqlara qayıtmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top