Sabahın havası


Noyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, cənub küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 
Noyabrın 1-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 10-15, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top