Paşinyan icazə versə də Koçaryan Moskvaya gedə bilməyib - SƏBƏB


"COVİD-19 testinin cavabı müsbət olduğu üçün Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Moskvaya getməsi qeyri-mümkün oldu". 
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bunu Robert Koçaryanın mətbuat katibi açıqlayıb.
Açıqlanan məlumatda qeyd olunur ki, 
Arkadi Quqasyan və Bako Saakyanın Baş nazir Nikol Paşinyanla söhbətindən sonra məhkəmə Prezident Koçaryanın ölkədən çıxmasına icazə verdi və pasportunu geri qaytardı: "Robert Koçaryan yaxın günlərdə Moskvaya yola düşəcəkdi. Rusiyaya getmək üçün məcburi olan COVİD-19 testindən keçdi. Xəstəliyin əlamətləri olmadığı üçün test nəticəsi tamamilə gözlənilməz oldu. Təəssüf ki, hazırkı vəziyyətdə Moskvaya getmək və müxtəlif görüşlər təşkil etmək müvəqqəti mümkünsüz oldu. İndi Robert Koçaryan özünü təcrid edib".
 

DİGƏR XƏBƏRLƏR

Top