İzmirdəki zəlzələdə xəsarət alanların sayı 804-ə, ölənlərin sayı 24 nəfərə çatıb - YENİLƏNİB


Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 804 nəfər xəsarət alıb.

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.


***02:00

İzmir şəhərində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin və xəsarət alanların sayı artıb.

Təbii fəlakət nəticəsində xəsarət alanların sayı 786 nəfərə, həyatını itirənlərin sayı isə 20 nəfərə çatıb.

Xatırladaq ki, 6,6 bal gücündə zəlzələ Bakı vaxtı ilə saat 15:54-də baş verib.



***00:36

İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, ölənlərin sayı 17-ə, yaralıların sayı 709-a yüksəlib


***18:27
İzmirdə baş vermiş zəlzələ nəticəsində 12 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 15 saniyə davam edən zəlzələdə 419 nəfər isə yaralanıb.
Qeyd edək ki, 6,6 bal gücündə baş vermis zəlzələdən sonra İzmirdə 20 bina çöküb.

DİGƏR XƏBƏRLƏR

Top