Erməni terroru nəticəsində valideynsiz qalan körpələr: "Anamın qoxusu üçün darıxıram" – VİDEO


Azərbaycan Televiziyası erməni terroru nəticəsində valideynlərini itirmiş balacaların səsini dünyaya çatdırmaq üçün video-çarx hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, video-çarxda erməni terroru nəticəsində valideynlərini itirmiş uşaqların yaşadıqları hisslər qabardılıb. Beynəlxalq ictimaiyyətin də bu erməni terrorundan xəbərdar olması üçün video ingiliscə altyazı ilə yayımlanıb.
Çarxda Ermənistanın Gəncəyə raket atması nəticəsində xəsarət almış 5 yaşlı Bəxtiyar Heydərli çəkilib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələri son 1 ayda dinc əhalini dəfələrlə hədəfə alıb. 90 mülki şəxs həlak olub, 392 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top