"Kişidilərsə döyüş meydanında qarşımıza çıxsınlar"


"Biz bundan sonra Tərtərə gedirik, atırlar atsınlar. Onlar Azərbaycan xalqının əzmini heç zaman sındıra bilməyəcəklər. Torpaqlarımız işğaldan azad ediləcək. Kişidilərsə döyüş meydanında qarşımıza çıxsınlar".
Yeniavaz.com
xəbər verir ki, bu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdəyə səfəri zamanı deyib. 
O bildirib ki, düşmən döyüş meydanında alçaqcasına, şərəfsizcəsinə qaçır:
"Onların gücü ancaq raket atmaqla, qadın və uşaqlara çatır. Onun da cavabını Azərbaycan silahlı qüvvələri döyüş meydanında layiqincə verir. Ali Baş Komandanın da dediyi kimi, iti qovan kimi qovuruq onları. Bundan sonra da qovacağıq". 

DİGƏR XƏBƏRLƏR

Top