Ermənistanda kütləvi fərarilik – Hökumət cəzaları sərtləşdirir


Ermənistanda insanlar kütləvi şəkildə hərbi xidmətdən yayınmağa çalışır.
Yeniavaz.com
Ermənistanın “İravunk” qəzetinə istinadən bildirir ki, hökumət kütləvi fərariliyin qarşısın almaq məqsədilə Cinayət Məcəlləsinə dəyişiklik etməyə hazırlaşır.
Qəzet yazır ki, hökümət Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini parlamentə təqdim edib. Hərbi xidmətdən yayınma cəzasının əhəmiyyətli dərəcədə sərtləşdirilməsi təklif olunur. Mövcud məcəllədə bu hərəkət üçün dörd ildən səkkiz ilədək həbs cəzası nəzərdə tutulur və bu cəza altı ildən on iki ilədək həbslə əvəzlənir.
Bundan başqa hərbi vəziyyət zamanı vergidən yayınma üçün nəzərdə tutulan məsuliyyətin də cəzası sərtləşdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top