Ermənistan Bərdəyə raket atıb, ölən və yaralananlar var - YENİLƏNİB


Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atması nəticəsində iki nəfərin ölməsi ilə yanaşı bir neçə kənd sakini də ağır yaralanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Onlar xəstəxanaya aparılıb. Yaralılardan içərisində azyaşlılar da var.

***17:10

Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Nəticədə rayonun Qarayüsifli kəndi ərazisində raket partlayıb və 2 mülki şəxs həlak olub, yaralılar var.

DİGƏR XƏBƏRLƏR

Top