Ermənistanın Əks Kəşfiyyat İdarəsinin rəisi general-mayor Hovhannes Karumyan işdən çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Onun işdən çıxarılma səbəbi barədə isə heç bir məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Arqişti Kyaramyan və sərhəd qoşunlarının komandanı Vaqinak Sarkisyan vəzifələrindən azad edilmişdi.