Artsrun Ovannisyandan etiraf: "Bəli Azərbaycan Ordusu, Syunikin qapılarına yaxınlaşıb"


"Bəli, düşmən müəyyən sahələrdə uğur qazandı, bəli, Syunikin qapılarına yaxınlaşdılar".

Yeniavaz.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Azərbaycan ordusunun bir gün əvvəl Qubadlını aldığını etiraf edib. 
"Dünən axşam gecə saatlarında döyüşlər zamanı, təəssüf ki, düşmən Qubadlını götürə və bəzi istiqamətlərdə irəliləyə bildi. Ancaq vəziyyət fəlakətli deyil. Mən erməni əsgərinin gücünə inanıram ... Qələbə qazanmalıyıq, çünki bu, varlığımız üçün döyüşdür", Artsrun Ovannisyan bazar ertəsi keçirilən gündəlik brifinqdə deyib. 
Qeyd edək ki, Syunik Qubadlı və Zəngilanla həmsərhəd Ermənistanın ən cənub bölgəsinin adıdır.
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın bəzi açıqlamaları da düşmənin çıxılmaz vəziyyətdə olmasında xəbər verir. Paşinyan bugünkü canlı yayım zamanı "erməni xalqı Qarabağ məsələsində "böyük və hətta ağrılı güzəştlərə getməyə hazırdır", ancaq Azərbaycanın "tələb elədiyi kapitulyasiyaya (təslimə) yox", deyə bildirib.

DİGƏR XƏBƏRLƏR

Top