Ermənistana sanksiya tətbiq edilməsi üçün Kanadada imza kampaniyası başladıldı


Kanadada yaşayan azərbaycanlılar, hökumətin Ermənistana qarşı sanksiya tətbiq etməsi üçün imza kampaniyası başladıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, imza kampaniyası Torontoda yerləşən Azərbaycan-Kanada Mədəniyyət Mərkəzi reallaşdırıb. İmza kampaniyasının əsas məğzində Ermənistanın mülki yaşayış məntəqələrini bombalayaraq insanlığa qarşı cinayət törədilməsi dayanıb.
Azərbaycanlı Kanadalılar Mədəniyyət Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin koordinatoru Anar Cahangirli məsələ ilə bağlı açıqlamasında bildirib:
"Mərkəzimiz dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi müharibə cinayətlərinə yönəltmək üçün bir imza kampaniyası başladıb. Ermənistan, Azərbaycan şəhərlərindən Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Qəbələ kimi digər mülki yaşayış məntəqələrini bombalamağa davam edir. Gəncədəki hücum 2-si körpə uşaq olmaqla 15 vətəndaşın ölümü ilə nəticələnib. Ermənistanın mülki insanlara hücumu insanlığa qarşı bir cinayətdir. Buna görə də Kanada hökumətini Ermənistana sanksiyalar tətbiq etməyə çağırırıq. Ermənistanın hərbi cinayətlərini Kanada cəmiyyətinin diqqətinə çatdırmağa davam edəcəyik”.
İmza kampanyasında xeyli sayda insan iştirak edib. Kampaniyaya türklərlə yanaşı kanadalılar da dəstək verib.

DİGƏR XƏBƏRLƏR

Top