İrəvan Teatrı Ağcabədi Mədəniyyət Mərkəzində çıxış edib

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ağcabədi rayon sakinləri və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti qarşısında çıxış edib. Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində görkəmli şair-dramaturq Hidayət Orucovun “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanmış eyniadlı səhnə əsəri nümayiş olunub. Tamaşada əsas rolları Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyorlar Əjdər Zeynalov, Könül Əbilova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva və digərləri ifa ediblər. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir. Psixoloji-lirik dram janrında olan səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, tamaşa ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. azertag

DİGƏR XƏBƏRLƏR

Top