Bu gün Mayk Pompeo əvvəlcə Ceyhun Bayramovla, sonra Mnatsakanyanla görüşəcək


Oktyabrın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Yeniavaz.com xəbər verir ki, görüş ABŞ vaxtilə səhər 09:30-da (Bakı vaxtı ilə 17:30) olacaq. Görüşdə Dövlət katibinin müavini Stiven Beqan da iştirak edəcək.
Bu görüşün başlamasından bir saat sonra isə Pompeo Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanla görüşəcək.

DİGƏR XƏBƏRLƏR

Top