ABŞ hökuməti Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirməsinə münasibət bildirib.
Yeniavaz.com “Cumhuriyet”ə istinadla xəbər verir ki, Türkiyə Sinopda S-400-lərin sınaqdan keçirildiyini rəsmən təsdiqləyib. Bu açıqlamadan sonra ABŞ hökuməti hadisə ilə bağlı fikirlərini bildirib. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Kay Beyli Türkiyəni S-400 qərarından daşındırmaq üçün çox səy göstərdikərini bildirib:
“Bu addım qırmızı xəttdir. Türkiyənin F-35 layihəsində iştirakı dayandırıldı. Türkiyə bu sistemi əldə etmək üçün çox şeydən imtina etdi. Müttəfiqimiz problemlərin həll olunacağına inandıra bilməyəcəyimizə görə təəssüf edirik”.