İsmayılzadə: "Ermənistan tərəfində terrorçuların döyüşdüyünə dair dəlillərimiz var"


"Yaxın Şərqin müxtəlif ölkələrindən olan terrorçuların Ermənistan ordusuna cəlb edilməsi və döyüşmələri ilə bağlı dəlillərimiz var".
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiyada Xarici Müxbirlər Klubunda jurnalistlər üçün təşkil olunmuş  konfransda dilə gətirib. Səfir, Dağlıq Qarabağ probleminin tarixi ilə bağlı məlumat verib. O, həmçinin bildirib ki, Paşinyanın Dağlıq Qarabağa getdiyi vaxt dediyi sözlər yeni ərazi üçün müharibəyə çağırış idi.

DİGƏR XƏBƏRLƏR

Top